Bank Of Baku

Minskdə keçiriləcək investisiya-iqtisadiyyat forumunda Azərbaycanı ARDNŞ təmsil edəcək

Minskdə keçiriləcək investisiya-iqtisadiyyat forumunda Azərbaycanı ARDNŞ təmsil edəcək
# 21 oktyabr 2009 20:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndə heyəti Minskdə keçiriləcək investisiya-iqtisadiyyat forumunda iştirak edəcək.

Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, forum noyabrın 12-13-də Belarusun baş naziri Sergey Sidorskinin sədrliyi ilə keçiriləcək. Tədbir Belarusda iqtisadiyyatın liberallaşdırılması, biznesin inkişafı və sərmayələrin cəlb olunması üçün münbit şərtlərin formalaşmasına həsr olunub. Tədbirdə Belarusun müxtəlif nazirlik və idarələrindən, xarici ölkələr və müxtəlif beynəlxalq təşkilatlardan 500-dən artıq qonağın iştirak edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR