Bank Of Baku

İl ərzində Müəllif Hüquqları Agentliyinə müəlliflərdən 1200-dək müraciət daxil olur

İl ərzində Müəllif Hüquqları Agentliyinə müəlliflərdən 1200-dək müraciət daxil olur
# 21 oktyabr 2009 23:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “İndiyədək Müəllif Hüquqları Agentliyində 8000-dək əsər qeydiyyatdan keçib. İl ərzində isə agentliyə müəlliflərdən 1200-dək müraciət daxil olur. Bunlar əsasən elm, musiqi əsərləri, xüsusilə də kompüter proqramları ilə bağlıdır”. Bu barədə APA-ya Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib.

Onun sözlərinə görə, artıq agentlikdə müəllif əsərlərinin elektron qeydiyyat sistemi yaradılıb: “Bu, MDB məkanında yaradılan ilk qeydiyyat sistemidir. Əsərin qeydiyyatdan keçirilməsinin üstünlüyü böyükdür. Əsər qeydiyyatdan keçibsə, müəlliflik hüququ pozulduğu halda, agentlik onun müəllifini müdafiə edir. Qeydiyyat çox asandır. Əsər tezliklə qeydiyyatdan keçirilir və yalnız 5 manat dövlət rüsumu ödənilir. Elektron baza xüsusilə folklor nümunələrini qorumaq baxımından daha əhəmiyyətlidir. Çünki elektron bazada folklor əsərlərinin adları deyil, özləri də saxlanılır”.

K.İmanovun sözlərinə görə, yaxın zamanlarda agentlikdə online qeydiyyat sistemi də tətbiq olunacaq: “Bu, müəllif əsərlərinin daha asan qeydiyyatdan keçməsinə yardım edəcək. Çünki Azərbaycanda müəlliflərin sayı on minlərlə ölçülür. Elə müəllif var ki, yüzlərlə əsəri var. Bu məsələ təbliğ olunmalı və qeydiyyat sisteminə hamı müraciət etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR