Bank Of Baku

Bu il Müəllif Hüquqları Agentliyində 217 tapşırıq, sorğu və müraciətə baxılıb

Bu il Müəllif Hüquqları Agentliyində 217 tapşırıq, sorğu və müraciətə baxılıb
# 22 oktyabr 2009 02:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2009-cu ilin doqquz ayı ərzində Müəllif Hüquqları Agentliyinə müxtəlif təşkilatlardan, müəlliflərdən və digər hüquq sahiblərindən daxil olmuş 217 tapşırıq, sorğu və müraciətə baxılıb.

Müəllif Hüquqları Agentliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən müddət ərzində 37-dən çox sənəd layihəsinə rəy və təklif bildirilib. Hesabat dövründə müxtəlif orqanlarının sorğusu əsasında 9 ekspert rəyi hazırlanıb, agentliyin əməkdaşları 25-dən çox məhkəmə iclasında 3-cü şəxs və ya mütəxəssis qismində iştirak edib, 80-dən çox müəllifə hüquqi məsləhət verilib və 3 iddia ərizəsi tərtib edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR