Bank Of Baku

Çerkizov bazarının yerində çoxmərtəbəli yaşayış kompleksi tikiləcək

Çerkizov bazarının yerində çoxmərtəbəli yaşayış kompleksi tikiləcək
# 22 oktyabr 2009 10:12 (UTC +04:00)
Bakı – APA-Economics. Moskvada məşhur azərbaycanlı iş adamı Telman İsmayılova məxsus Çerkizov bazarının yerində çoxmərtəbəli yaşayış kompleksi tikiləcək.
APA-Economics”in xəbərinə görə, bu barədə Rusiya Federal Mənzil Tikintisinin İnkişafına Dəstək Fondunun rəhbəri Aleksandr Braverman açıqlama verib. O bildirib ki, “Rosimuşestvo”dan (Dövlət Əmlakının İdarəedilməsi üzrə Federal Agentlikdən) onlara Çerkizov bazarının yerləşdiyi 66 hektar ərazini öz balanslarına almaq və orada 1 mln. kvadrat metrlik sahəni əhatə edən mənzillər tikmək barədə təklif daxil olub: “Əgər ərazini alsaq, ora auksiona çıxarılacaq və mənzil tikintisi üçün hazırlanacaq”.
Ekspertlər sözügedən layihəni 1-1,3 mlrd. dollar həcmində qiymətləndirirlər.
Xatırladaq ki, Çerkizov bazarının fəaliyyəti bu ilin iyun ayında dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR