Bank Of Baku

Saxlama müddəti ötmüş 570 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 570 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 22 oktyabr 2009 13:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nizami rayonunda “Ordubad - Şərur market”də, Anar Sadıqova və Qələnfir Məmmədovaya məxsus mağazalarda, Binəqədi rayonunda “Sənan market”də, “Bay Türk market”də, “Qrand market”də, “Al market”də, “Seymur market”də, Zeynalabdin Əliyevə, Cəfər Rəhimova, Lətifə Quliyevaya, Firuzə Əlizadəyə və “Vüqar-Vüsal” firmasına məxsus mağazalarda, Gəncə şəhərində “Bizim market”də, İlqar Paşayevə məxsus ərzaq mağazasında, Sumqayıt şəhərində “Ən ucuz market”də, Quba şəhərində “Sərvət market”də ümumi çəkisi 570 kiloqrama yaxın olan saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, konservləşdirilmiş məhsullar, uşaq qidaları və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 51 hüquqi şəxsə 194,6 min manat, 507 fiziki şəxsə 757,3 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR