Bank Of Baku

Almaniya varlıları hökumətdən əmlak vergisinin artırılmasını xahiş edirlər

Almaniya varlıları hökumətdən əmlak vergisinin artırılmasını xahiş edirlər
# 23 oktyabr 2009 13:14 (UTC +04:00)
Bakı – APA-Economics. Almaniyanın bir qrup varlı şəxsi hökumətə müraciət edərək, öz vergilərinin artırılmasını xahiş edib.
APA-Economics”in xəbərinə görə, müraciəti 44 nəfər imzalayıb. Onlar hökumətdən əmlak vergisinin qaldırılmasını istəyirlər. Məqsəd ölkənin böhrandan çıxarılmasına az da olsa, kömək etməkdir.
Müraciəti imzalayanlardan 66 yaşlı təqaüddə olan həkim Diter Kelmxül bildirib ki, zəngin adamların öz ölkəsinə kömək etməsinin vaxtı çatıb. Onun hesablamalarına görə, şəxsi əmlakı yarım milyon avronu keçən 2 milyon alman 2009-2010-cu 5% vergi ödəsələr, büdcə bundan 100 mlrd. dollar qazanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR