Bank Of Baku

Azərbaycanın daxili bazarında daha 170 kq yararsız ərzaq məhsulları aşkarlanıb

Azərbaycanın daxili bazarında daha 170 kq yararsız ərzaq məhsulları aşkarlanıb
# 26 oktyabr 2009 10:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakının Nərimanov rayonunda «Həsən market»də, Nəsimi rayonunda «İnam market»də, «Assorti market»də, «Güllər market»də, İlyas Hacıyevə, Ağaddin Məmmədova və Rauf Hacıyevə məxsus mağazalarda, Binəqədi rayonunda Qalib Rüstəmova məxsus mağazada, Gəncə şəhərində «F/M» və «Üç Qardaş» ərzaq malları mağazalarında ümumi çəkisi 170 kq olan saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, konservləşdirilmiş məhsullar, uşaq qidaları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslərə qarşı inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən etibarən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 53 hüquqi şəxsə 199,2 min manat, 524 fiziki şəxsə 783 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR