Bank Of Baku

Bu il Azərbaycanda 500 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib

Bu il Azərbaycanda 500 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib
# 26 oktyabr 2009 13:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 500 kiçik dövlət müəssisə və obyekti, dövlət mülkiyyətində olan, habelə özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi 330 torpaq sahəsi özəlləşdirilib. Bu barədə «APA-Economics»ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Hesabat dövründə səhmdar cəmiyyətlərinin səhmlərinin özəlləşdirilməsi ilə bağlı 40 hərrac keçirilib. Bu hərraclarda müxtəlif regionlarda yerləşən, iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid 30 səhmdar cəmiyyətinin səhmləri özəlləşdirilib. Nizamnamə kapitalında dövlətə məxsus səhmlərə görə 60 səhmdar cəmiyyəti tərəfindən dövlət büdcəsinə ödənilmiş dividendlərin ümumi məbləği 69 min manat təşkil edib.

Yanvar-sentyabr aylarında investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə müsabiqə qalibləri tərəfindən 74,6 mln. manat məbləğində investisiya qoyulub.

Ümumilikdə, oktyabrın 1-dək keçirilmiş investisiya müsabiqələri üzrə özəlləşdirilmiş 82 müəssisəyə 475 mln. manat investisiya qoyulub və bu müəssisələrdə təqribən 13 minə yaxın iş yeri açılıb. Hesabat dövründə investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş 3 müəssisə üzrə mülkiyyət hüququ alıcılara keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR