Bank Of Baku

Bu il Azərbaycan dövlət büdcəsinə daşınmaz əmlakın dövlət qeydiyyatından 6,5 mln. manat xidmət haqqı və 3,6 mln. manat dövlət rüsumu daxil olub

Bu il Azərbaycan dövlət büdcəsinə daşınmaz əmlakın dövlət qeydiyyatından 6,5 mln. manat xidmət haqqı və 3,6 mln. manat dövlət rüsumu daxil olub
# 26 oktyabr 2009 13:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 65 639 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu barədə «APA-Economics»ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Bunlardan 22 550-si ilkin, 43 089-u isə təkrar qeydiyyat olub. Üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 14 141-i fərdi yaşayış və bağ evi, 25 146-sı mənzil, 22 400-ü torpaq sahəsi, 3 290-ı qeyri-yaşayış sahəsi, 291-i əmlak kompleksi, 6-sı çoxmərtəbəli yaşayış binası, 365-i çoxillik əkmə təşkil edib. Bununla yanaşı, hesabat dövründə 9 936 ipoteka müqaviləsi, 529 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb.

Yanvar-sentyabr aylarında 63 426 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport və 41 597 daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 45 540 məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 17 983 digər müxtəlif məzmunlu arayışlar verilib.

Yanvar-sentyabr aylarında üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmış daşınmaz əmlak obyektlərindən 26 566-ı (40,5%), tərtib edilmiş texniki pasportlardan 23 308-i (36,7%), dövlət qeydiyyatına alınmış ipoteka müqavilələrindən 4821-i (48,5%), dövlət reyestrindən hüquq sahiblərinə verilmiş məhdudiyyət arayışlarından 19 543-ü (42,9%), əhaliyə xidmətlə bağlı arayışlardan 10 012-i (55,7%), tərtib edilən müayinə aktlarından 19 543-ü (47%) Bakı şəhərinin payına düşüb.

Ümumilikdə, 2009-cu ilin ilk 9 ayında dövlət büdcəsinə daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı 6 486,6 min manat xidmət haqqı, 3 593,9 min manat dövlət rüsumu daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR