Bank Of Baku

İlin əvvəlindən Azərbaycanda 620-yə yaxın dövlətə məxsus qeyri-yaşayış və torpaq sahəsi icarəyə verilib

İlin  əvvəlindən Azərbaycanda 620-yə yaxın dövlətə məxsus qeyri-yaşayış və torpaq sahəsi icarəyə verilib
# 26 oktyabr 2009 13:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 620-yə yaxın dövlət mülkiyyətində olan qeyri-yaşayış və torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib. Bu barədə «APA-Economics»ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Hesabat dövründə icarə haqlarını ödəməyən 750-yə yaxın icarəçiyə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq məktubları göndərilib. İcarə haqlarının nağd qaydada ödənilməsinin azaldılması və şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış avtomatlaşdırılmış ödəniş sistemi üzrə icarəçilər tərəfindən 2009-cu ildə 8 minə yaxın ödəniş həyata keçirilib.

Yanvar-sentyabr aylarında Komitə tərəfindən görülən işlərin nəticəsində dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 4 mln. manata yaxın və ya proqnozdan 10% çox vəsait köçürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR