Bank Of Baku

“Halal məhsul” standartı layihəsinin İstanbulda keçirilən müzakirəsində fikir ayrılıqları ortaya çıxıb

“Halal məhsul” standartı layihəsinin İstanbulda keçirilən müzakirəsində fikir ayrılıqları ortaya çıxıb
# 27 oktyabr 2009 09:21 (UTC +04:00)
Bakı – APA-Economics. İslam Konfransı Təşkilatının (İKT) təşəbbüsü ilə hazırlanan “Halal məhsul” standartının layihəsinə cari ilin 13-16 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində baxılıb.

İclasda Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak edib. Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, müzakirələrə 25 müsəlman ölkəsinin nümayəndələri qatılıb.

Toplantıda “Halal” seriyalı standartlar qrupunun qəbulu prosesində əsas diqqət çəkən məqamlar müzakirə olunub. “Halal məhsul” standartının bəzi müddəalarında fikir ayrılıqları olduğundan, Ali İslam Akademiyasına müraciət olunub. Akademiyanın rəyindən sonra növbəti iclas keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR