Bank Of Baku

Azərbaycan yanvar-sentyabr aylarında alkoqollu içkilərin idxalını 60% azaldıb

Azərbaycan yanvar-sentyabr aylarında alkoqollu içkilərin idxalını 60% azaldıb
# 27 oktyabr 2009 09:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 8 069,1 min ABŞ dolları dəyərində 5 774 035,1 litr alkoqollu içki gətirilib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Cari ilin 9 ayında Azərbaycana idxal olunmuş alkoqollu içkilərin həcmi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 59%, dəyəri isə 51% azalıb.

Bundan əlavə, hesabat dövründə Azərbaycana 1 139,4 min dollar dəyərində 1 166 334,4 litr spirt gətirilib ki, bu da həcm etibarı ilə ötən ilin müvafiq dövründəkindən 19,6%, dəyər etibarı ilə 17,9% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR