Bank Of Baku

İslandiyada “McDonald’s” restoranları bağlanır

İslandiyada “McDonald’s” restoranları bağlanır
# 27 oktyabr 2009 12:15 (UTC +04:00)
Bakı - APA-Economics. İslandiyadakı “McDonald’s” restoranları qlobal maliyyə böhranının qurbanı olub.
APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, bu həftənin istirahət günlərində ölkədə fəaliyyət göstərən “McDonald’s” restoranlarının üçü də birdəfəlik bağlanacaq. Onların yenidən açılması isə planlaşdırılmır. Buna səbəb 300 min əhalisi olan ölkədə restoranlar şəbəkəsi saxlamağın böhran səbəbindən bahalaşmasıdır. Belə ki, Almaniyadan ərzaq idxal edən restoranların xərcləri island kronunun ucuzlaşması ilə əlaqədar ikiqat artıb. Nəticədə Almaniyadan 1 kq soğan İslandiyaya 1 şüşə əla viskinin qiymətinə idxal olunub.
Qeyd edək ki, İslandiyada ilk “McDonald’s” restoranı 1993-cü ildə açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR