Bank Of Baku

«Murphy Shipping & Commersial Services» iki il ərzində Azərbaycan iqtisadiyyatına 0,5 mln. ABŞ dollar həcmində investisiya yatıracaq

«Murphy Shipping & Commersial Services» iki il ərzində Azərbaycan iqtisadiyyatına 0,5 mln. ABŞ dollar həcmində investisiya yatıracaq
# 27 oktyabr 2009 13:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Nigeriyanın «Murphy Shipping & Commersial Services» (MSCS) beynəlxalq yükdaşıma şirkəti növbəti iki il ərzində Azərbaycan iqtisadiyyatına 0,5 mln. ABŞ dollar həcmində investisiya yatıracaq.

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında şirkətin direktoru xanım Adeola Aqbabiaka bildirib. Onun sözlərinə görə, şirkət Azərbaycanda fəaliyyətə başladığı vaxtdan indiyədək yerli iqtisadiyyata 2,5 mln. dollar həcmində investisiya yatırıb: «Burada bizim əsas məqsədimiz Azərbaycanda fəaliyyət sahəmizi daha da genişləndirməkdir. Şirkət hazırda Azərbaycanın yükdaşıma bazarında 15%-lik paya malikdir. Düzdür, bu, şirkət üçün az göstərici hesab olunur. Lakin biz gələcəkdə fəaliyyət istiqamətlərini genişləndirməklə yanaşı, ölkə iqtisadiyyatına yatırılacaq investisiyaların da həcmini artırmaq niyyətindəyik».

Qeyd edək ki, MSCS 1975-ci ildə Nigeriyada gömrük brokeri kimi yaradılıb. Şirkət 1981-ci ildə London Hitrou hava limanında öz filialını açana qədər Nigeriya daxilində fəaliyyət göstərib. Şirkətin dünya üzrə 12 ofisi fəaliyyət göstərir ki, bu ofislərdə çalışanların sayı 350-dən çoxdur. Şirkətin 2008-ci il ərzində ümumi dövriyyəsinin həcmi 15,493 mln. funt sterlinq, xalis mənfəəti isə 2,179 mln. funt sterlinq təşkil edib.

MSCS-in Azərbaycan ofisi 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR