Bank Of Baku

Türkiyə şirkətləri yaxın 5 ildə ən çox Rusiya, İngiltərə, Almaniya və Azərbaycana investisiya yatırılacaq

Türkiyə şirkətləri yaxın 5 ildə ən çox Rusiya, İngiltərə, Almaniya və Azərbaycana investisiya yatırılacaq
# 28 oktyabr 2009 08:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dünyanın müxtəlif ölkələrində nümayəndəlikləri fəaliyyət göstərən KPMG beynəlxalq audit və məsləhət şirkəti «Uzun müddətli bir plan: Türk şirkətlərinin 2009-2014-cü illərdə xarici sərmayə yatırımları» adlı hesabatını açıqlayıb. Bu barədə «APA-Economics» Türkiyə mətbuatına istinadən məlumat verib.

KPMG-nin Türkiyə ofisinin rəhbəri Fərrux Tuncay bildirib ki, bu il, qarşıdakı 5 ildə Rusiya 14% payla türk şirkətlərinin ən çox sərmayə yatırdığı ölkələr siyahısına başçılıq edəcək. Gələn il də siyahıya 14% payla Rusiya başçılıq edəcək və sonrakı yerləri Fransa, Misir, İraq, Rumıniya və Liviyanın hər birinin müvafiq olaraq 8% payla yer tutacağı gözlənilir. Gələn il Türkiyə şirkətlərinin xaricə investisiyalarının 6%-i Azərbaycanın payına düşəcək.

Növbəti 5 ildə isə Türkiyə şirkətləri tərəfindən ən çox investisiya yatırılacağı gözlənilən ölkələr Rusiya (14%), İngiltərə (12%), Almaniya (10%) və Azərbaycandır (10%).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR