Bank Of Baku

Rusiya bu il Azərbaycanla ticarət dövriyyəsinin 25% azalacağını proqnozlaşdırır

Rusiya bu il Azərbaycanla ticarət dövriyyəsinin 25% azalacağını proqnozlaşdırır
# 28 oktyabr 2009 09:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiya hökuməti 2009-cu ildə Azərbaycanla ticarət dövriyyəsinin 2008-ci ilə nisbətən aşağı düşəcəyini proqnozlaşdırır.

Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrinin «APA-Economics»ə verdiyi məlumatına görə, Azərbaycanın statistik göstəricilərinə əsasən, cari ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi bir o qədər də dəyişməyərək ötən ilin səviyyəsində qalıb. Lakin Rusiyanın statistik göstəricilərinə görə, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2009-cu ilin ilk üç rübü ərzində ötən ilin analoji dövrü ilə müqayisədə kifayət qədər azalıb ki, bu da əsasən qlobal maliyyə böhranı dövründə idxal-ixrac əməliyyatlarının azalması ilə bağlıdır: «Bu ilin sonunadək isə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin ötən ilki 2 mlrd. dollar səviyyəsinə çatmayacağı proqnozlaşdırılır və nəticədə, ticarət dövriyyəsinin ötən ilə nisbətən 20-25% azalacağı gözlənilir».

Bununla yanaşı, Y.Şedrin iki ölkənin təşəbbüsünə güvənərək ticarət dövriyyəsinin gələcəkdə artacağına ümid edir: «Rusiyanın «VneşTorqBank»ı cari ilin noyabrın əvvəlindən tam fəaliyyətə başlaması, Rusiyadan Azərbaycana tankerlər, kənd təsərrüfatı avadanlıqları və digər məhsulların gətirilməsi, Azərbaycandan isə öz növbəsində kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının artırılması iki ölkə arasında ticarət dövriyyəsinin yüksəlməsinə səbəb ola bilər».

Qeyd edək ki, 2008-ci ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2 mlrd. dollardan bir qədər artıq olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR