Bank Of Baku

Niyaməddin Musayev şirkət yaradıb

Niyaməddin Musayev şirkət yaradıb
# 29 oktyabr 2009 09:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov, Ülkər Qasımova – APA-Economics. Azərbaycanın xalq artisti Niyaməddin Musayev şirkət yaradıb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Vergilər Nazirliyində «bir pəncərə» sistemi üzrə qeydiyyata alınan şirkət «Röya-1 Kiçik Müəssisəsi» MMC adlanır. Şirkət ünvanı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi,106 ünvanında yerləşir.

Oktyabr ayında dövlət qeydiyyatına alınmış şirkətin nizamnamə kapitalı 10 manatdır.

N.Musayev özü «APA-Economics»ə açıqlamasında bildirib ki, şirkət bu adla 1992-ci ildə qeydiyyatdan keçib. Lakin sonradan sənədlər itdiyindən şirkəti oktyabr ayında yenidən dövlət qeydiyyatından keçirməli olub.

«Bu kiçik müəssisə uzun müddət idi çörək sexi kimi fəaliyyət göstərib. Çörəyin qıt vaxtı çörək istehsal edilib. Sonradan müəssisə çörək istehsalını dayandırıb», - deyən N.Musayev hələlik şirkətin hansı istiqamət üzrə fəaliyyət göstərəcəyini planlaşdırmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR