Bank Of Baku

Türkiyənin «LİNOS» şirkəti Azərbaycanda nümayəndəlik açıb

Türkiyənin «LİNOS» şirkəti Azərbaycanda nümayəndəlik açıb
# 29 oktyabr 2009 10:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin «LİNOS Qayrimenkul Yatirim İnşaat Turizm İthalat Ihracat və Ticaret Ltd.» şirkəti Azərbaycanda nümayəndəlik açıb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, məhəllə 1936-da yerləşən şirkətin nümayəndəliyi Azərbaycanda dövlət qeydiyyatına oktyabr ayında alınıb. Şirkətin Azərbaycan üzrə qanuni təmsilçisi Sinan Kurtuluşdur.

Qeyd edək ki, mərkəzi ofisi Türkiyənin Ankara şəhərində yerləşən «LİNOS Qayrimenkul Yatirim İnşaat Turizm İthalat Ihracat və Ticaret Ltd.» şirkəti əsasən alüminium əşyaların istehsalı və satışı, həmçinin turizm də daxil olmaqla bir sıra sahələr üzrə xidmətlərin göstərilməsindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR