Bank Of Baku

«Almalı» marketlər şəbəkəsi məhsul çeşidini genişləndirir

«Almalı» marketlər şəbəkəsi məhsul çeşidini genişləndirir
# 29 oktyabr 2009 10:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda «ADA» Şirkətlər Qrupunun Direktorlar Şurası və müxtəlif struktur rəhbərlərinin iştirakı ilə geniş tərkibli toplantısı keçirilib.

«ADA» Şirkətlər Qrupundan «APA-Economics»ə verilən məlumata görə, toplantıda oktyabr ayının əvvəlində Tiflisdə keçirilmiş strateji seminarda qəbul olunmuş «II faza - 2010-1013-cü illərdə «ADA» Şirkətlər Qrupunun inkişaf strategiyası» təsdiqlənib.

Bundan başqa, toplantıda aidiyyəti struktur rəhbərləri cari ilin 9 ayı üçün maliyyə, satış, alış, xüsusi ticarət nişanlı məhsulların istehsalı, personalın hərəkəti və s. haqqında məruzələrlə çıxış edib.

Bununla yanaşı, «Almalı» mağazalar şəbəkəsində son zamanlar yaranmış çeşid azlığı ilə bağlı müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq, mağazalarda alıcılara təqdim olunan məhsul çeşidlərinin 2 dəfəyədək artırılmasına dair qərar qəbul olunub.

Qərara əsasən, «Dirçəliş» proqramı qəbul olunub ki, bu da «Almalı» marketlərin təmamilə yeni səviyyədə alıcılara xidmət etməsinə şərait yaradacaq. Bu məqsədlə marketlərdə geniş miqyaslı marketinq aksiyaları keçiriləcək, Azərbaycanın pərakəndəçilik tarixində ilk dəfə geniş alıcı kütləsinə 10%-dək endrim əldə etməyə imkan verən «Almalı Club» kartları paylanacaq.

Qoyulmuş tapşırıqları aidiyyəti strukturlara noyabr ayının 15-dək icra etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR