Bank Of Baku

1 tondan çox saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

1 tondan çox saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 29 oktyabr 2009 16:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə veriolən məlumata görə, monitorinq zamanı Bakının Xətai rayonunda «400 market»də, «Nərgiz-01» kiçik müəssisəsinə məxsus mağazada, «Mamta» MMC-yə məxsus «Sizin market»də, Binəqədi rayonunda «Qaya market»də, «Elisa market»də, Afət Bayramovaya və Famil Nabatova məxsus mağazalarda, Nəsimi rayonunda «Sizin market»də, «Pərviz market»də, «Rəva market»də, Cəmilə Abdullayevaya və Azər Tatiyevə məxsus ərzaq mağazalarında, Gəncə şəhərində Səlim Bağırova və Şahbaz Rzayevə məxsus ərzaq malları mağazalarında, Sumqayıt şəhərində «Elmar market»də, Qusar rayonunda Bahəddin Yüzbəyova və Göygöl şəhərində Adibə Talıbovaya məxsus mağazalarda ümumi çəkisi 1 tondan çox saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, konservləşdirilmiş məhsullar, uşaq qidaları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən etibarən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 53 hüquqi şəxsə 199,1 min manat, 507 fiziki şəxsə 790,3 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR