Bank Of Baku

Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı növbəti regional tədbir keçirilib

Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı növbəti regional tədbir keçirilib
# 30 oktyabr 2009 12:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə Xaçmaz şəhərində Quba, Qusar, Xaçmaz, Dəvəçi və Siyəzən rayonlarında fəaliyyət göstərən sahibkarlar üçün «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və sahibkarlar ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədilə xüsusilə regionlarda əlverişli şəraitin yaradıldığını vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Əfqan İsayev qeyd edib ki, AİŞ bu günlərdə Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərinə uyğun olaraq, kənd təsərrüfatı məhsullarının emalı üzrə kiçik və orta həcmli müəssisələrin yaradılması, müxtəlif çeşidli qablaşdırma məhsullarının istehsalı və alternativ enerji mənbələrinin yaradılması ilə bağlı investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya təkliflərinin qəbulunu elan edib. Ə.İsayev elanın şərtləri, investisiya layihələrinin qiymətləndirilməsi meyarları barədə tədbir iştirakçılarına ətraflı məlumat veri,, sahibkarları fəal iştiraka dəvət edib.

Öz növbəsində tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev SKMF-in təsdiq olunmuş yeni əsasnamə və Fondun vəsaitlərinin istifadəsi qaydaları barədə məlumat verib.

Tədbirdə həmçinin, regionda sahibkarlığın daha da inkişaf etdirilməsi, sahibkarların işgüzar əlaqələrinin genişləndirməsi istiqamətində müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR