Bank Of Baku

Azərbaycanla Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycanla Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb
# 02 noyabr 2009 06:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan və Çexiya hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sənədi Azərbaycan hökuməti adından ölkənin iqtisadi inkişaf naziri Şahin Mustafayev, Çexiya hökuməti adından isə bu ölkənin Azərbaycandakı səfiri Radek Matula imzalayıb.

Sazişdə iqtisadi, elmi-texniki və mədəni, o cümlədən maşınqayırma, nəqliyyat, energetika, neft-qaz, kimya, metallurgiya, dağ-mədən sənayesi, kənd təsərrüfatı, standartlaşdırma, tikinti və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri əksini tapıb. Bu məqsədlər üçün Azərbaycanla Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın yaradılması nəzərdə tutulur. Komissiyanın yaradılması iqtisadi əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə imkanlarını daha da artıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR