Bank Of Baku

800 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

800 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 02 noyabr 2009 13:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakının Sabunçu rayonunda İlhamə Bağırovaya məxsus mağazada, «Ayxan market»də, «Səma market»də, «Qaqo market»də, Pəri Əsgərovaya məxsus topdansatış mağazasında, Binəqədi rayonunda «Qız Qalası market»də, «Avokado market»də, Həsən Ağayevə, Mövlud Rzayevə və Cavid İsayevə məxsus ərzaq malları mağazalarında, Sumqayıt şəhərində «Dünya market»də, Gəncə şəhərində «Sevimli Dad» ərzaq mağazasında, Sahib Nəsibova məxsus ərzaq malları mağazasında ümumi çəkisi 800 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, konservləşdirilmiş məhsullar, uşaq qidaları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, cari ilin mayın 17-dən etibarən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 54 hüquqi şəxsə 203,2 min manat, 552 fiziki şəxsə 824,8 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR