Bank Of Baku

Azərbaycanla Koreya arasında patent sahəsi üzrə əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycanla Koreya arasında patent sahəsi üzrə əməkdaşlıq əlaqələri genişlənir
# 04 noyabr 2009 09:16 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycanla Koreya Respublikası arasında patent sahəsində əməkdaşlıq əlaqələri genişlənir. Bu barədə “APA-Economics”ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, komitədə avtomatlaşdırılmış sənəd dövriyyəsi və patent axtarışı sisteminin tətbiqi ilə bağlı ikitərəfli görüşlər də artır. Bununla bağlı komitənin mütəxəssisləri bu yaxınlarda Koreya Respublikasında səfərdə olub, NİSA (National İnformation Socicy Agency) tərəfindən dövlət qurumlarının nümayəndələri üçün təşkil olunan təlim kursunda iştirak ediblər.

Sonra Koreya Əqli Mülkiyyət Ofisinin (KİPO) prezidenti və rəhbər şəxsləri ilə görüşlər olub, müvafiq sahədə müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq cari ilin noyabr ayının sonlarında koreyalı mütəxəssislərin Azərbaycana səfəri qərara alınıb. Səfəri planlaşdırılan 4 ekspert Koreyanın “Siriussoft corp.” şirkətinin təmsilçiləridir. Səfərdə avtomatlaşdırılmış sənəd dövriyyəsi və patent axtarışı sisteminin tətbiqi ilə bağlı görüləcək işlərin proqramı təsdiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR