Bank Of Baku

Azərbaycan fond bazarında investorların hüquqlarının qorunması ilə bağlı tətbiq olunan cərimələrin sayı artıb

Azərbaycan fond bazarında investorların hüquqlarının qorunması ilə bağlı tətbiq olunan cərimələrin sayı artıb
# 05 noyabr 2009 06:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən investorların hüquqlarının qorunmasına dair bir sıra tədbirlər görülüb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Komitəyə 317 səhmdar cəmiyyəti üzrə 172 şikayət ərizəsi daxil olub ki, ötən ilin analoji dövrü ilə müqayisədə səhmdar cəmiyyətlərin sayı 8,9% artıb, şikayət ərizələrinin sayı isə 6,5% azalıb. Daxil olmuş şikayətlərlə bağlı QKDK tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən, 29 350 manat məbləğində 122 inzibati cərimə tətbiq edilib. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə cərimə tətbiqi 54,2%, məbləği isə 77,4% artıb.

Bundan başqa, hesabat dövründə investorlar Komitəyə 266 illik hesabat təqdim edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə hesabatların sayı 32,8% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR