Bank Of Baku

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində daha 600 kq yararsız məhsul aşkarlanıb

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində daha 600 kq yararsız məhsul aşkarlanıb
# 05 noyabr 2009 12:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakının Binəqədi rayonunda «Qardaşlar market»də, «Şöhrət Murad market»də, Niyaməddin Abdullayevə və Söhrab Muxtarlıya məxsus mağazalarda, Nəsimi rayonunda Əhliyət Rüstəmova, Zaur Cabbarova, Zərifə İbrahimovaya, Mübariz Mustafayevə, Təzəgül Orucovaya məxsus mağazalarda, Xətai rayonunda «Cənnət market»də, «Göyçə market»də, «Dübəndi market»də, Rasim Ağcayevə məxsus mağazada, Gəncə şəhərində «Sultan market»də, Vahid Bayramova məxsus ərzaq malları mağazasında, Sumqayıt şəhərində Mədinə Səfərovaya məxsus ərzaq mağazasında, Siyəzən şəhərində İsgəndər İsgəndərova məxsus mağazada ümumi çəkisi 600 kq-dan çox saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq və süd məhsulları, pivələr, un məmulatları, sərinləşdirici içkilər, konservləşdirilmiş məhsullar, uşaq qidaları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən etibarən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 54 hüquqi şəxsə 203,2 min manat, 557 fiziki şəxsə 832,3 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR