Bank Of Baku

Naxçıvanda sahibkarlıq subyektlərində mövcud iş yerlərinin sayı 73 mini ötüb

Naxçıvanda sahibkarlıq subyektlərində mövcud iş yerlərinin sayı 73 mini ötüb
# 06 noyabr 2009 00:28 (UTC +04:00)
Naxçıvan Elmar Hüseynov - APA. Naxçıvanda 15 mindən artıq sahibkarlıq subyektində mövcud iş yerlərinin sayı 73 mini ötüb.

Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, cari ilin 9 ayı ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən 230 layihə maliyyələşdirilib. Bunun üçün ümumilikdə 14 722 040 manat həcmində güzəştli kreditlər verilib. Həmin vəsaitin 8 834 000 manatı sənaye sektorunun, 1 910 200 manatı kənd təsərrüfatının, 3 977 840 manatı xidmət sektorunun inkişafına yönəlib.

Nazirlikdən onu da bildiriblər ki, həyata keçirilən tədbirlər hesabına Naxçıvanda 280 növdə və 700 çeşiddə məhsul istehsal olunur. 235 növdə olan məhsula tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR