Bank Of Baku

Bakıda Azərbaycan-Koreya biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-Koreya biznes-forumu keçiriləcək
# 06 noyabr 2009 09:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayı ərzində Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) Bakıdakı nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan-Koreya biznes-forumu və Azərbaycan şirkətləri arasında növbəti işgüzar danışıqlar keçiriləcək.

KOTRA-nın Bakıdakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə iki ölkənin aparıcı şirkətləri, biznes təşkilatları və dövlət müəssisələri iştirak edəcək.

Bakıda keçiriləcək işgüzar danışıqlar tikinti, maşınqayırma avadanlığı, infrastruktur layihələri, energetika, İKT, kənd təsərrüfatı, qida sənayesi və digər sahələrdə fəaliyyət göstərən iki ölkənin iş adamları arasında təşkil olunacaq.

Qeyd edək ki, ötən ilin may aynın 19-dan etibarən KOTRA-nın Bakı nümayəndəliyi fəaliyyətə başlayıb. 1962-ci ildən fəaliyyət göstərən KOTRA-nın hazırda 68 ölkədə 93 nümayəndəliyi fəaliyyət göstərir. Qurum müxtəlif layihələrdə də iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR