Bank Of Baku

Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın illik toplantısı keçiriləcək

Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın illik toplantısı keçiriləcək
# 06 noyabr 2009 16:30 (UTC +04:00)
Bakı – APA. Bu il noyabrın 9-12-də Rusiyanın Sankt-Peterburq şəhərində Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın illik iclası keçiriləcək.

Bu barədə APA-ya Azərbaycan Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, iclasda quruma üzv ölkələrin müvafiq sahələr üzrə rəhbər şəxsləri iştirak edəcək. Dövlətlərarası Şuranın toplantısında Azərbaycanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Toplantıda texniki tənzimləmə, akkreditasiya, sertifikatlaşdırma və metrologiya sahələrində görülən işlər barədə üzv ölkələrin nümayəndələrinin məruzəsi dinlənəcək, yeni yaradılmış neft-qaz və neft-qaz emalı üzrə texniki komitənin hesabatı nəzərə çatdırılacaq. Bundan başqa, Şuranın 2010-cu ilədək fəaliyyət planı, 2020-ci ilədək iş strategiyasına dair konseptual sənədlərin müzakirəsi aparılacaq.

Tədbir çərçivəsində məhsul və xidmətlərin keyfiyyəti üzrə nailiyyətlərə görə MDB ölkələri arasında keçirilən beynəlxalq müsabiqənin nəticələrinə dair qərarın qəbul ediləcəyi gözlənilir.

Xatırladaq ki, müsabiqədə Azərbaycanın 4 istehsal şirkəti iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR