Bank Of Baku

İqtisadi böhran dövründə kosmetik vasitələrin satışı artıb

İqtisadi böhran dövründə kosmetik vasitələrin satışı artıb
# 09 noyabr 2009 12:44 (UTC +04:00)
Bakı – APA-Economics. İqtisadi böhran şəraitində kosmetik vasitələrin satışı artıb. “APA-Economics”in məlumatına görə, bu nəticəyə Böyük Britaniyanın “Mintel” tədqiqat şirkətinin mütəxəssisləri gəlib.
2007-2008-ci illərdə Böyük Britaniyanın kosmetika bazarını tədqiq edən ekspertlərin fikrincə, kosmetik vasitələrin satışının artmasına səbəb iqtisadi böhran şəraitində qadınların daha gözəl görünmək istəyidir. Göstərilən dövrdə Böyük Britaniyanın kosmetika bazarı 7,4% artımla 1,2 mlrd. dollara çatıb.
Maraqlıdır ki, bu, 1930-cu illərdə - Böyük Depressiya dövründə müşahidə olunan fenomenin təkrarıdır. O zaman iş axtaran qadınlar rəqiblərinə nisbətən daha gözəl görünmək üçün kosmetik vasitələr alırdılar. Bu fenomen “Lipstick Factor” 9”Dodaq boyası faktoru”) adını alıb.
Müşahidələr göstərir ki, böhran dövründə qadınlar daha cazibədar görünmək üçün qırmızı rəngə üstünlük verirlər. 25-34 yaşlı britaniyalı qadınlar isə çantalarında orta hesabla 71 funt sterlinq (120 dollar) dəyərində kosmetika gəzdirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR