Bank Of Baku

“Excelsior Hotel Baku” hotelinə baş menecer təyin olunub - FOTO

“Excelsior Hotel Baku” hotelinə baş menecer təyin olunub - <font color=red>FOTO</font>
# 09 noyabr 2009 13:26 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən 5 ulduzlu “Exselcior Hotel Baku” hotelinə yeni baş menecer təyin olunub.

“ATA-Holding”dən “APA-Economics”ə verilən məlumata görə, bu, İsveç vətəndaşı Peter Şnayderdir.

Peter Şnayder 5 iyun 1950-ci ildə İsveçrənin Lukerne şəhərində anadan olub. 1974-cü ildə İsveçrədə Lausanne şəhərində hotel işi üzrə “Ecole Hoteliere” ali məktəbini bitirib. Hotelçilik işinə 1971-ci ildə müştəri xidməti klerki vəzifəsi ilə başlayıb və 1987-ci ilə qədər satış meneceri, marketinq meneceri və s. kimi müxtəlif vəzifələrdə çalışıb. “Exelcior Hotel Baku” hotelinə təyin olunduğu tarixə qədər Tailandda “Paradise Beach Resort”, “Royal Garden Resort”, “Royal Garden Village”, “A Beaufort İnternational Hotel” və s. hotellərdə baş menecer vəzifəsində çalışıb.

Peter Şnayder Kornel Universitetində keçirilən “Gəlirin planlaşdırılması”, “Sahibkarlıq” və s. kimi treninqlərdə iştirak edib və sertifikatlar alıb. O, öz doğma İsveçrə dilindən başqa ingilis, fransız, italyan və ispan dillərini bilir. Evlidir, himayəsində 1 oğlu var.

Cənab Şnayder Azərbaycanda insanların mehriban və gülərüz olmasının onun xoşuna gəldiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR