Bank Of Baku

Azərbaycanla Sloveniyanın inşaat, ticarət, xidmət və turizm üzrə aidiyyəti dövlət qurumları və şirkətləri birgə dəyirmi masa keçirib

Azərbaycanla Sloveniyanın inşaat, ticarət, xidmət və turizm üzrə aidiyyəti dövlət qurumları və şirkətləri birgə dəyirmi masa keçirib
# 09 noyabr 2009 13:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda səfərdə olan Sloveniyanın inşaat, ticarət, xidmət və turizm üzrə aidiyyəti dövlət qurumları və şirkətləri ilə Azərbaycanın müvafiq şirkət və dövlət qurumları arasında birgə dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə hər iki ölkənin investisiya mühiti və biznes imkanları, turizm potensialı, tikinti sektoru və ticarət əlaqələri barədə tərəflər geniş məlumat veriblər. Sloveniyanın Sənaye və Ticarət Palatasının nümayəndəsi Ales Kontrarutti bildirib ki, Sloveniya Avropa Birliyinin üzvü olan bütün ölkələr kimi Azərbaycanla da əməkdaşlığa böyük önəm verir: “Biz Azərbaycanı Qafqazda iri dövlət kimi görürük və bu ölkə ilə inteqrasiyada maraqlıyıq”. Sloveniyanın İqtisadiyyat Nazirliyinin nümayəndəsi də Azərbaycanla iqtisadi əlaqələri möhkəmləndirməkdə maraqlı olduqlarını bildirib.

Dəyirmi masada Azərbaycan tərəfdən Ticarət və Sənaye Palatası, “Paşa İnşaat”, “İSR Holding”, “Akord”, “Altes Group”, “Azersun Holding”, “Gilan Turizm”, “Ata Turizm”, “Paşa Travel”, Sloveniya tərəfdən isə bu ölkənin Sənaye və Ticarət Palatası, “Trimo Group”, “Kovit Projekti”, “Globus Mednarodina”, “Adria Kambi” və digər şirkətlər iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR