Bank Of Baku

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna yeni rəhbər təyin olunub

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna yeni rəhbər təyin olunub
# 09 noyabr 2009 13:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) yeni rəhbər təyin olunub.

Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, müvəqqəti olaraq Fondun prezidenti vəzifəsini quruma yeni vitse-prezident təyin olunan Adil Məmmədov icra edəcək.

A.Məmmədov əvvəllər Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Katibliyin başçısı vəzifəsində çalışıb.

Xatırladaq ki, Azpromo 2003-cü ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılıb. Hazırda Fondun Himayəçilər Şurasına müxtəlif nazirlik və idarələr, beynəlxalq təşkilatlar, eləcə də özəl şirkətlərin nümayəndələrindən ibarət 92 nəfər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR