Bank Of Baku

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi son bir ildə 9% artıb

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi son bir ildə 9% artıb
# 10 noyabr 2009 07:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrünün göstəricisini 8,7% üstələyərək 9,5 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dövriyyənin 15,5%-i hüquqi şəxslərin, 42%-i mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 42,5%-i isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşıb.

Ticarət şəbəkələrindən əhaliyə 6,2 mlrd. manatlıq ərzaq, 3,3 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb və 2008-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə onların satışı müvafiq olaraq 10,6% və 4,3% artıb.

Hesabat dövründə əhaliyə 3,2 mlrd. manatlıq və ya 12,6% çox pullu xidmətlər göstərilib. Xidmətlərin 28,1%-i dövlət, 71,9%-i isə qeyri-dövlət mülkiyyətinə məxsus xidmət şəbəkələri vasitəsi ilə həyata keçirilib. Pullu xidmətlərin ümumi həcminin 80%-i hüquqi, 20%-i fiziki şəxslərin payına düşüb və onlar tərəfindən əhaliyə müvafiq olaraq 12,9% və 11,3% çox pullu xidmətlər göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR