Bank Of Baku

Türkiyənin «Ender Mağazaları» şirkəti Azərbaycan bazarına çıxmağa hazırlaşır

Türkiyənin «Ender Mağazaları» şirkəti Azərbaycan bazarına çıxmağa hazırlaşır
# 10 noyabr 2009 07:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin tanınmış «Ender Mağazaları» şirkəti Azərbaycanda da satış mərkəzini açmağı planlaşdırır. «APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu şirkətin İdarə Heyətinin üzvü Ercan Gizər bildirib.

E.Gizərin sözlərinə görə, təmsil etdiyi şirkət xarici ölkələrdə ilk mağazalarını Azərbaycan, Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstan və Slovakiyada açmağı planlaşdırır.

E.Gizər onu da vurğulayıb ki, hazırda Türkiyədə «Ender» mağazalarının daimi alış-veriş edən 1 mln. müştərisi var.

«Ender Mağazaları» 1976-cı ildə Adana şəhərində açılmış ilk mağaza ilə xidmətə başlayıb. Şirkət dünyanın tanınmış şirkətlərinin istehsalı olan kişi, qadın, uşaq və idman geyimləri, elektronika, kosmetika, ev əşyaları kimi ayrı-ayrı məhsulları müştərilərə təqdim edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR