Bank Of Baku

Bakıda prezidentlərin iştirakı ilə Azərbaycan-Sloveniya biznes-forumu keçirilib

Bakıda prezidentlərin iştirakı ilə Azərbaycan-Sloveniya biznes-forumu keçirilib
# 10 noyabr 2009 11:31 (UTC +04:00)
APA-nın məlumatına görə, biznes-forumunda Sloveniya tərəfdən 70 nəfərlik heyət, Azərbaycan tərəfdən isə 90-dək iş adamı iştirak edib.

Dövlət başçıları forumda nitq söyləyiblər.

Prezident İ. Əliyev Sloveniya prezidentinin Azərbaycana rəsmi səfərinin iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişlənməsinə təkan verəcəyini bildirib. Dövlət başçısı ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasının buna hərtərəfli imkanlar yaratdığını vurğulayıb.

Öz növbəsində, Sloveniya prezidenti ölkəsinin informasiya-kommunikasiya texnologiyaları, alternativ enerji mənbələri və digər sahələrdə uğurlar qazandığını, öz təcrübəsini dost Azərbaycanla yaxından bölüşməyə və bu sahədə sıx əməkdaşlığa hazır olduğunu bildirib.

Sonra biznes-forumu işini davam etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR