Bank Of Baku

ABŞ-da milyarderlər üçün internet-auksion açılıb

ABŞ-da milyarderlər üçün internet-auksion açılıb
# 10 noyabr 2009 14:36 (UTC +04:00)
Bakı – APA-Economics. ABŞ-da milyarderlər üçün ilk internet-auksion açılıb. “APA-Economics”in “reuters”ə istinadən xəbərinə görə, internet-auksion “BillionaireXchange” adlanır.
Auksionun yaradıcılarından olan Kventin Tompson bildirib ki, ABŞ-ın indiki iqtisadi vəziyyətində bir çox imkanlı adamlar diqqəti cəlb etmədən bu və ya digər aktivləri alıb satmaq imkanına malik olmalıdırlar.
Qeyd edək ki, “BillionaireXchange” on ay test rejimində fəaliyyət göstərib. Bu müddət ərzində internet-auksionda 180 mln. dollarlıq aktivlər alınıb və ya satılıb. Burada anonim şəkildə yaxta, təyyarə, vertolyot, avtomobil, incəsənət əsərləri, qiymətli daş-qaş və s. reallaşdırmaq mümkündür. Saytda qeydiyyatdan keçmək üçün ən azı 2 mln. dollar dəyərində əmlaka sahib olduğunu təsdiqləyən sənədə malik olmaq lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR