Bank Of Baku

Belarusda Azərbaycan ticarət-logistika mərkəzi inşa olunacaq

Belarusda Azərbaycan ticarət-logistika mərkəzi inşa olunacaq
# 11 noyabr 2009 10:35 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Minsk şəhərində (Belarus) Azərbaycan ticarət-logistika mərkəzi inşa ediləcək.

APA-nın BELTA-ya istinadən məlumatına görə, bunu Minsk vilayəti İcraiyyə Komitəsinin iqtisadiyyat komitəsinin sədri Vita Sivilskaya deyib. Onun sözlərinə görə, layihə 2010-2012-ci illərdə reallaşacaq. Artıq Azərbaycan tərəfindən «İnterStroyPortalPlyus» adlı MMC qeydiyyatdan keçib. Hazırda Şomıslitsa kəndi yaxınlığında 25-25 hektar torpaq sahəsinin verilməsinə baxılır. Layihənin dəyəri 10-12 mln. ABŞ dolları təşkil edir.

V.Sivilskaya xatırladıb ki, Minsk vilayəti ilə Azərbaycan arasında əməkdaşlıq intensiv inkişaf edir. Bu ilin fevral ayında vilayət rəhbəri Leonid Krupesin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib, Bakıda Belarus-Azərbaycan biznes-forumu, Belarus mallarının sərgisi keçirilib. Sentyabrın 10-13-də Azərbaycanın iş adamları Minsk vilayətinə gəliblər, oktyabrın 22-25-də isə Azərbaycana Belarus müəssisələrinin təmsilçiləri gediblər. Bu səfərlər çərçivəsində müəssisələr arasında müxtəlif razılaşmalar əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR