Bank Of Baku

Azad İstehlakçılar Birliyi: Azərbaycandakı şadlıq evləri ciddi şəkildə istehlakçıların hüquqlarını pozur

Azad İstehlakçılar Birliyi: Azərbaycandakı şadlıq evləri ciddi şəkildə istehlakçıların hüquqlarını pozur
# 11 noyabr 2009 11:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan ərazisində fəaliyyət göstərən şadlıq evlərində istehlakçıların hüquqlarının qorunması ilə bağlı ciddi problemlər mövcuddur. «APA-Economics»in məlumatına görə, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda şadlıq evləri tərəfindən saxta və insan orqanizmi üçün təhlükəli olan mal və məhsullar təklif olunur: «Toy qabağı yüksək səviyyəli xidmət olacağını söz verən şadlıq evlərinin nümayəndələri dəvətnamələr paylandıqdan sonra və toya bir-neçə gün qalmış öz şərtlərini diktə etməyə başlayır. Belə ki, şadlıq evlərində köhnə məhsullardan yeməklərin hazırlanması, saxta malların süfrəyə qoyulması faktları dəfələrlə aşkarlanıb. Bununla yanaşı, toylarda musiqinin səs tembri çox yüksəkdir – şadlıq evləri bunu qonaqların tez getməyinə görə edir».

Şadlıq evlərinin problemlərindən danışan E.Hüseynov bu müəssisələrdə lisenziyalaşdırma və müəyyən standartların tətbiqini vacib sayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR