Bank Of Baku

Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının ilk iclası noyabrın 26-27-də keçiriləcək

Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının ilk iclası noyabrın 26-27-də keçiriləcək
# 11 noyabr 2009 12:14 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bu il noyabrın 26-27-də Hindistanda ticarət, iqtisadiyyat, elm və texnologiya sahələrində əməkdaşlıq üzrə Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının ilk iclası keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Hindistandakı səfirliyindən məlumat verilib.

İclasın yekunlarına əsasən protokol imzalanacaq. Görüşdə ticarət, iqtisadiyyat, elm və texnologiya sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.

İclasda Azərbaycan nümayəndə heyətinə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Hindistan nümayəndə heyətinə isə kommersiya naziri Jyotiraditya Sindia başçılıq edəcək.

Hökumətlərarası komissiyanın iclası çərçivəsində noyabrın 27-də biznes-forumun da keçirilməsi planlaşdırılır. Bu günə qədər 12 Azərbaycan şirkəti forumda iştirak etmək niyyətini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR