Bank Of Baku

Azərbaycan Çindən keyfiyyətsiz uşaq oyuncaqlarının idxalını kəskin azaldıb

Azərbaycan Çindən keyfiyyətsiz uşaq oyuncaqlarının idxalını kəskin azaldıb
# 12 noyabr 2009 10:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycana Çindən keyfiyyətsiz uşaq oyuncaqlarının gətirilməsi ilə bağlı problem həll də tam həll olunmayıb. «APA-Economics»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin idxal olunan məhsulların sertifikatlaşdırılması sektorunun müdiri Ələsgər Həsənov bildirib.

Ə.Həsənovun sözlərinə görə, həyata keçirilmiş tədbirlər nəticəsində son vaxtlar Azərbaycana Çindən keyfiyyətsiz və insan orqanizmi üçün zərərli olan oyuncaqların gətirilmə halları azalıb. Hazırda ölkəyə uşaq oyuncaqları əsasən Dubaydan (Birləşmiş Ərəb Əmirlikləri) gətirilir ki, bu məqsədlə komitə tərəfindən bir neçə fiziki şəxsə sertifikat verilib. Ə.Həsənovun sözlərinə görə, Dubaydan gətirilən oyuncaqlar Çin oyuncaqlarından ən azı 10 dəfə yüksək keyfiyyətə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR