Bank Of Baku

Bu il Azərbaycanda ərzaq məhsulları istehsal edən 213 təsərrüfat subyektində yoxlama aparılıb

Bu il Azərbaycanda ərzaq məhsulları istehsal edən 213 təsərrüfat subyektində yoxlama aparılıb
# 12 noyabr 2009 13:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu ilin yanvar-oktyabr ayları ərzində ərzaq məhsulları istehsal edən 213 təsərrüfat subyektində yoxlama aparılıb. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 12 noyabr - Ümumdünya Keyfiyyət Günü münasibətilə «Azərbaycanda idxal və istehsalda keyfiyyətə nəzarət» mövzusunda keçirilən mətbuat konfransında komitənin ərzaq məhsullarının keyfiyyətinə nəzarət sektorunun müdiri Mənsim Babayev bildirib.

M.Babayevin sözlərinə görə, 112 təsərrüfat subyektində aparılan yoxlamanın nəticələri qənaətbəxş olmayıb. Bu təsərrüfat subyektlərinin rəhbərlərinə müvafiq iradnamələr təqdim olunub.

Monitorinqlərin nəticəsi olaraq ümumi dəyəri 438 min manat təşkil edən müxtəlif olan məhsulların satışına qadağa qoyulduğunu deyən komitə rəsmisi bundan əlavə, 39 müəssisədə müxtəlif növ məhsulların istehsal və satışına tamamilə qadağa qoyulduğunu vurğulayıb.

«Bəzi sahibkarlar şəraitdən istifadə edərək istehsalına və satışına qadağa qoyulan məhsulların adlarını qısa müddətdə dəyişərək başqa ad altında yenidən istehsal edirlər», - deyə M.Babayev əlavə edib.

M.Babayevin sözlərinə görə, çox zaman ölkəyə idxal olunan məhsulların üzərində markalanma Azərbaycan dilində aparılmır və bu cür halların sayı son zamanlar artmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR