Bank Of Baku

Bakıda keçiriləcək «İnsan kapitalı. Dövlət. Biznes» adlı beynəlxalq konfransda müzakirə olunacaq mövzuların adları açıqlanıb

Bakıda keçiriləcək «İnsan kapitalı. Dövlət. Biznes» adlı beynəlxalq konfransda müzakirə olunacaq mövzuların adları açıqlanıb
# 12 noyabr 2009 13:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il noyabrın 25-26-da Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və «AccessBank»ın dəstəyi, həmçinin «Allianz Group» şirkətinin təşkilatçılığı ilə Bakıda keçiriləcək «İnsan kapitalı. Dövlət. Biznes» adlı I Beynəlxalq Konfransda 70-dən artıq dövlət müəssisəsi, şirkət və təşkilatların nümayəndələri iştirakını təsdiqləyib.

«APA-Economics»in məlumatına görə, bir sıra iqtisadçı, mütəxəssis və ictimai xadimlərin iştirak edəcəyi tədbirdə 10 məruzə, 5 təlim və 4 dəyirmi masa təşkil olunacaq. Çıxış edən məruzəçilər Rusiyanın «Mobilnıye TeleSistemı», «Texnosila», Azərbaycanın «Access Bank», Latviyanın «In Form Network», ABŞ-ın «Profiles International», Qazaxıstanın «Air-Astana», «DeltaCredit - Sosiete General Group» Rusiya-Fransa bankı və digər şirkətləri təmsil edəcək.

Konfransda aşağıdakı mövzularda müzakirələr aparılacaq:

- İnsan kapitalının inkişafında dövlətin yeri və rolu;
- İnsan kapitalının inkişafında biznesin yeri və rolu;
- İnsan kapitalı – hər bir təşkilatın əsasıdır;
- İnsan kapitalı – dövlətin iqtisadiyyatının inkişafının əsasıdır;
- Regionların inkişafı və miqrasiya;
- İnsan kapitalına yatırılan investisiyalar: metod, üsul və vasitələri.

Beynəlxalq tədbir haqqında əlavə məlumat almaq və konfransda qeydiyyatdan keçmək üçün “İnsan kapitalı. Dövlət. Biznes” I Beynəlxalq Konfransının meneceri Səfiyə Nizaməddinovaya müraciət etmək olar:

http://allianzgroup.az/conference
[email protected]
Tel.: (+99 412) 465 00 36/37, Mob.: (+99 455) 276 76 00.

Qeyd edək ki, APA İnformasiya Agentliyi beynəlxalq konfransın təşkilatçıları tərəfindən tədbirin rəsmi informasiya tərəfdaşı seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR