Bank Of Baku

Fazil Məmmədov: “Cari ilin 9 ayı ərzində dövlət büdcəsinə qeyri-dövlət sektorundan 1 mlrd. 948 mln. manat vergi daxil olub”

Fazil Məmmədov: “Cari ilin 9 ayı ərzində dövlət büdcəsinə qeyri-dövlət sektorundan 1 mlrd. 948 mln. manat vergi daxil olub”
# 12 noyabr 2009 15:13 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə qeyri-dövlət sektorundan 1 mlrd. 948 mln. manat vergi daxil olub.

«APA-Economics»in məlumatına görə, bunu Milli Məclisdə Azərbaycanın 2010-cu il dövlət büdcəsinin layihəsinin müzakirəsində vergilər naziri Fazil Məmmədov bildirib.

F.Məmmədovun sözlərinə görə, hesabat dövründə əlavə dəyər vergisi üzrə daxilolmalar 30,2% artıb.

Nazir hazırda hüquqi və fiziki şəxslərin dövlət büdcəsinə 5,9 mlrd. manat vergi borcunun olduğunu da qeyd edib. Onun sözlərinə görə, bu borcun 3,2 mlrd. manatı əsas, qalanı isə penyalardır. Borcların əsas hissəsini kommunal sektorda fəaliyyət göstərən qurumların keçmişdən qalan borcları təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR