Bank Of Baku

730 kq-dan çox saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

730 kq-dan çox saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 12 noyabr 2009 15:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakının Nəsimi rayonunda Abuş Göyüşova, Əli Məmmədova, Aqil Kərimova, Mirtərlan Mirişova məxsus mağazalarda, Yasamal rayonunda «Elşad market»də, Xətai rayonunda «Alsu market»də, «Əsmər market»də, «Sevil market»də, «Həqiqət market»də, «Aqil market»də, «Sizin market»də, Ramiz Cəbrayılova, İsrafil Cavadova, Əhməd Babayevə, Arifə Hüseynovaya məxsus ərzaq mağazalarında, Sumqayıt şəhərində «Samir market»də, Gəncə şəhərində «Eltun market»də, «Çinar market»də, Bəhmən Atakişiyevə məxsus mağazada, Xaçmaz şəhərində Həmid Mustafayevə məxsus mağazada ümumi çəkisi 730 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, konservləşdirilmiş məhsullar, uşaq qidaları, çay, kofe, düyü və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən etibarən keçirilən nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 57 hüquqi şəxsə 215,1 min manat, 585 fiziki şəxsə 874,3 min manat cərimə tətbiq olunub.

İstehlakçılara mal alarkən diqqətli olmağı, onların saxlama müddətinə, etiketlənməsinə xüsusi diqqət yetirməyi tövsiyə olunur və istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda? 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə zəng edərək məlumat vermələri xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR