Bank Of Baku

Azərbaycanda respiratorların qiymətini şişirdən apteklərin lisenziyası dayandırılacaq

Azərbaycanda respiratorların qiymətini şişirdən apteklərin lisenziyası dayandırılacaq
# 13 noyabr 2009 06:29 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, yoxlamalar zamanı 36 obyektdən 4-də qoruyucu maskaların qiymətinin şişirdilməsi halı aşkar edilib. Belə ki, Nəsimi rayonu, R.Behbudov küçəsi,16 ünvanında «AzkoMed» MMC-yə, M.Qasımov küçəsi,14/26 ünvanında «İmpuls-M.V.» MMC-yə məxsus apteklərdə, Səbail rayonu ərazisində «Ülvi-Həyat» firmasına məxsus aptekdə qoruyucu maskaların bir ədədinin 30-50 qəpiyə satıldığı və beləliklə də, onların qiymətlərinin süni şəkildə artırıldığı aşkar edilib.

Bundan başqa, Gəncə şəhəri, N.Nərimanov küçəsi,220 ünvanında 97 saylı aptekin nəzdində fəaliyyət göstərən 498 saylı aptekdə kustar üsulla hazırlanmış maskanın bir ədədinin 50 qəpiyə satıldığı müəyyən olunub.

Qanun pozuntularına yol vermiş şəxslərin inzibati qaydada məsuliyyətə cəlb edilməsi və bu obyektlərə verilmiş xüsusi razılıqların (lisenziyaların) dayandırılması ilə bağlı tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR