Bank Of Baku

“Coca-Cola” Braziliya bazarına 5,8 mlrd. dollar sərmayə qoymağı planlaşdırır

“Coca-Cola” Braziliya bazarına 5,8 mlrd. dollar sərmayə qoymağı planlaşdırır
# 13 noyabr 2009 07:48 (UTC +04:00)
Bakı – APA-Economics. “Coca-Cola Co.” şirkəti 2010-2014-cü illərdə Braziliya bazarına 5,8 mlrd. dollar sərmayə yatırmağı planlaşdırır.
APA-Economics”in məlumatına görə, bu gündən Braziliyada “Coca-Cola”nın ekoloji cəhətdən təmiz sərinləşdirici içkilər istehsal edəcək zavodu fəaliyyətə başlayıb. Bu, Latın Amerikasında ilk belə müəssisədir.
Bundan başqa, şirkətin nümayəndələri digər böyük bazara – Çin bazarına yaxın 3 ildə 2 mlrd. dollar sərmayə qoymaq planlarını açıqlayıblar.
Qeyd edək ki, “Coca-Cola Co.” 2005-ci ildən bu günədək Braziliyaya 3,3 mlrd. dollar investisiya qoyub. Şirkətin Braziliyaya marağının artması 2014-cü ildə futbol üzrə dünya çempionatının və 2016-cı ildə Olimpiya oyunlarının bu ölkədə keçirilcəyi ilə əlaqələndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR