Bank Of Baku

Azərbaycan və Belarus yeni birgə müəssisə yaradıb

Azərbaycan və Belarus yeni birgə müəssisə yaradıb
# 13 noyabr 2009 07:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Belarusun «Neman» şüşə zavodu və F.E.Dzerjinski adına Borisov Büllur Zavodunun istehsal etdiyi məhsulların Azərbaycanda satışını həyata keçirmək üçün birgə müəssisə yaradılıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Vergilər Nazirliyindən məlumat verilib.

Vergilər Nazirliyində «bir pəncərə» qeydiyyat sistemi üzrə dövlət qeydiyyatına alınmış müəssisə «AzNeman» MMC adlanır. Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi,3 ünvanında yerləşən şirkətin qanuni təmsilçisi Hikmət Cabbarov, nizamnamə kapitalı isə 1000 manatdır.

Şirkət oktyabrın sonunda dövlət qeydiyyatına alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR