Bank Of Baku

Azərbaycanın Şəki rayonu ilə Belarusun Minsk vilayətinin Slutski rayonu arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycanın Şəki rayonu ilə Belarusun Minsk vilayətinin Slutski rayonu arasında əməkdaşlıq sazişi imzalanıb
# 13 noyabr 2009 09:19 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycanın Şəki rayonu ilə Belarusun Minsk vilayətinin Slutski rayonu arasında əməkdaşlıq sazişi imzalanıb.

APA-Economics”in “BELTA”ya istinadən məlumatına görə, sazişi Şəki rayon İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov və Slutski rayon İcraiyyə Komitəsinin sədr əvəzi Pyotr Dobquçiç imzalayıblar.

Sənədə əsasən, rayonlar mədəni, iqtisadi, kənd təsərrüfatı sahələrində hər iki tərəf üçün qarşılıqlı faydalı münasibətləri inkişaf etdirəcək, təcrübə mübadiləsi aparacaq, iki ölkənin sahibkarları arasında əlaqələrin möhkəmlənməsinə təkan verəcəklər.

“Düşünürəm ki, biz öz aramızda ümumi maraqlar müəyyənləşdirə bilərik. O cümlədən biz sizə pambıq və ipək məhsullar, meyvələr, konservlər, şərab ixrac edə bilərik. Perspektivdə isə ət və süd emalı, kənd təsərrüfatı sahələrində əməkdaşlıq, yaradıcı nümayəndə heyətlərinin, o cümlədən dram teatrlarının kollektivlərinin mübadiləsi mümkündür” – deyə Nazim İbrahimov qeyd edib.

Öz növbəsində Pyotr Dobquçiç birgə layihələrin reallaşdırılmasında maraqlı olduqlarını bildirib. Onun sözlərinə görə, artıq Slutski pendir kombinatı öz məhsullarını Azərbaycana ixrac edir və əhalinin bu məhsullara tələbatı yüksəkdir. Gələcəkdə ixrac olunan məhsulların çeşidlərini artırmaq planlaşdırılır.

Tədbirdə qeyd olunub ki, Belarus və Azərbaycan bölgələri arasında qardaşlıq əlaqələrinin yaradılması haqqında analoji sazişlər artıq Minsk və Xaçmaz (fevral, 2009), Nesvijsk və İsmayıllı (iyun, 2008) rayonları arasında imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR