Bank Of Baku

Hacıqabulda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib

Hacıqabulda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib
# 13 noyabr 2009 13:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Hacıqabulda Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə regionda sahibkarlığın daha da inkişaf etdirilməsi, sahibkarların işgüzar əlaqələrinin genişləndirməsi istiqamətində müzakirələr aparılıb, onların sualları cavablandırılıb, Fondun vəsaitlərindən istifadə qaydaları barədə broşurlar paylanıb.

Tədbirdə həmçinin Azərbaycan İnvestisiya Şirkəti, SKMF və digər təşkilatların nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR